<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>552</hymn_number>
<title>Yorğun, üzülmüş ürəyimlə İL552</title>
<lyrics>[V1]
 Yorğun, üzülmüş ürəyimlə,
 Rəbbim, yanına gəlirəm,
 Səndən imdad diləyərək, ayaqlarına çökürəm.

[C1]
   Ey Rəbbim, Sənə üz tutdum, zəif ruhumu canlandır,
   Həyatıma müqəddəs sülhünü, sevgini verib məni ovundur.

[V2]
 Günahlı dünyanın sakiniyəm, burada rahatlıq necə tapım?
 Sənə pənah gətirmişəm, heç vaxt səndən ayrılmayım.

[V3]
 Qəmli ürəyimi sevindir, mənə yanında dinclik ver,
 Sənin qoyduğun dar yolla getmək üçün mənə güc ver.

[V4]
 Bilirəm, bir gün yorulsam, ağrı-acıdan usansam,
 Məni qüdrətli əllərin yerdən qaldırıb aparar.</lyrics>
</song>